"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

"Qarabağ"ın monteneqrolu müdafiəçisi Marko Veşoviç ölkəsinin milli komandasına dəvət alıb.

Fanat.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi Finlandiya, Rumıniya və Bosniya və Herseqovinaya qarşı UEFA Millətlər Liqasının qrup oyunlarında yığmanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Monteneqro millisi iyunun 4-də Rumıniyanı qəbul edəcək, 7-də Finlandiyanın qonağı olacaq. Bundan 4 gün sonra Bosniya və Herseqovinanı sınağa çəkəcək Veşoviçin komandası iyunun 14-də Rumıniya ilə səfər matçına çıxacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər