"Qarabağ"ın futbolçusu İspaniyada xeyriyyə matçına qatıldı

"Qarabağ"ın futbolçusu İspaniyada xeyriyyə matçına qatıldı
"Qarabağ”ın futbolçusu Miçel vətəni İspaniyada xeyriyyə matçında iştirak edib.
Fanat.Az xəbər verir ki, futzal matçı 33 yaşlı yarımmüdafiəçinin doğulduğu Asturiya bölgəsində keçirilib və mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunub. Xeyriyyə görüşündə "Real Ovyedo” və "Sportinq”in (Xixon) sabiq futbolçuları forma geyinib.
Qeyd edək ki, Miçel "Real Ovyedo”nun yetirməsidi. O, karyerası ərzində İspaniyanın "Xetafe”, İngiltərənin "Birmingem”, Yunanıstanın AEK və İsrailin "Makkabi” (Hayfa) klublarında oynayıbə və 2015-ci ildə "Qarabağ”a transfer olunub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər