"Qarabağ"ın futbolçusu ən yaxşı oldu

"Qarabağ"ın futbolçusu ən yaxşı oldu
"İnStat” şirkəti Topaz Premyer Liqasının 2-ci turunun təhlilini yekunlaşdırıb.
 
Fanat.Az xəbər verir ki, aparılan təhlilə əsasən TPL-də ikinci turun ən yaxşı oyunçusu  "Qarabağ”ın üzvü Filip Ozobiç seçilib.
 
Yarımmüdafiəçi "Qarabağ”ın heyətində TPL-də keçirdiyi debüt oyununda hamını üstələməyi bacarıb. 
İlk turun ən yaxşı oyunçusu "Neftçi”nin üzvü Emin Mahmudov seçilmişdi.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər