"Qarabağ"ın əsas rəqibi qələbə qazana bilmədi

"Qarabağ"ın əsas rəqibi qələbə qazana bilmədi

UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda "Qarabağ"ın əsas rəqibi olan "Nant" Fransa çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, "sarı bülbüllər" Liqa 1-in 13-cü turu çərçivəsində öz meydanında "Klermon"la üz-üzə gəlib.

Oyun 1:1 hesablı bərabərliklə bitib. 

13 tura 12 xal toplayan "Nant" çempionatın turnir cədvəlində 15-ci pillədə mövqe tutub.  

Qeyd edək ki, AL-in 5-ci turunda ağdamlılar bu rəqibinə səfərdə 1:2 hesabı ilə uduzub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər