"Qarabağ"ın dünya reytinqində mövqeyi bəlli oldu

"Qarabağ"ın dünya reytinqində mövqeyi bəlli oldu

"Qarabağ" dünya reytinqində 162-ci pillədə qərarlaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.

200 komandanın yer aldığı siyahıda yeganə Azərbaycan təmsilçisi olan ağdamlıların aktivində 85,6 xal var.

Siyahıya 297 xalla Braziliya "Atletiko Mineyro"su başçılıq edir. Niderland "Ayaks"ı 292 xalla ikinci, Braziliyanın digər klubu "Palmeyras" 288 xalla üçüncü olub.

Qeyd edək ki, reytinq 1 fevral 2021-ci il - 31 yanvar 2022-ci il tarixlərini əhatə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər