"Qarabağ"ın danışıqlar apardığı klub Usayn Boltu transfer etdi

"Qarabağ"ın danışıqlar apardığı klub Usayn Boltu transfer etdi
Olimpiya və dünya rekordçusu Usayn Boltun futbolçu kimi oynayacağı ilk klub müəyyənləşib. Fanat.Az xəbər verir ki, 31 yaşlı atlet  Cənubi Afrika Respublikasında çıxış edəcək.
Ötən gün sosial media hesabından açıqlma yayan Bolt "Bir futbol klubu ilə müqavilə imzaladım. Klubun adını 27 fevralda açıqayacam" yazmışdı. Onun "Mançester Yunayted" və "Borussiya"ya (Dortmund) keçmək ehtimalları müzakirə olunurdu. Amma yamaykalı atlet fərqli seçim edərək CAR-ın "Mamelodi Sundovns" klubuna keçib. Bu barədə CAR təmsilçisi rəsmi məlumat yayıb.
 
"Qarabağ"ın danışıqlar apardığı klub Usayn Boltu transfer etdi
"Mamelodi Sundovns" cari mövsümün 22 turunda 12 qələbə qazanaraq 40 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi "Orlando Pirates"i 4 xal qabaqlayan Boltun klubu bir müddət əvvəl "Qarabağ"la danışıqlar aparırdı. Belə ki, Azərbaycan çempionu bu klubdan Xama Billiatı transfer etmək istəyirdi. Lakin "Mamelodi Sundovns" "Qarabağ"dan 2,56 milyon avro (4,25 milyon manat) tələb etdiyindən keçid baş tutmamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər