"Qarabağ"ın bugünkü oyununa get, "Şerif"lə matça biletin olsun!

"Qarabağ"ın bugünkü oyununa get, "Şerif"lə matça biletin olsun!

"Qarabağ" Topaz Premyer Liqasının 3-cü turunda bu gün "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək.

 

 

Fanat.Az xəbər verir ki, oyuna gələcək azarkeşlər "Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Şerif"lə qarşılaşmaya məhz "Azərsun Arena"da biletlərini ala biləcəklər. "Azərsun Arena"nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

 

 

"Qarabağ” - "Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

 

 

Ağdamlılar Moldovada keçirilmiş ilk oyunda 0:1 hesabıyla məğlub olub.

 

 

"Qarabağ" - "Neftçi" görüşü saat 20:30-da başlayacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər