"Qarabağ"ın bir rəqibi müəyyənləşdi

"Qarabağ"ın bir rəqibi müəyyənləşdi
"Qarabağ"ın Antalya təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Çexiyanın yüksək liqa təmsilmisi "Siqma” ilə qarşılaşacaq. Bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb.
Yanvarın 25-də baş tutacaq matç Bakı vaxtı ilə saat 14.30-da start götürəcək.
Qeyd edək ki, hazırlıq prosesi zamanı "Qarabağ” ümumən 4 yoxlama görüşü keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər