"Qarabağ"ın baş məşqçisi getdi

"Qarabağ"ın baş məşqçisi getdi

"Qarabağ Vyana” baş məşqçisi Volkan Kahramanla yolları ayırıb.

Fanat.Az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub.

"Qarabağ Vyana”nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: "Volkan hər zaman "Qarabağ” ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq”.

Qeyd edək ki, Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.

 

"Qarabağ"ın baş məşqçisi getdi

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər