“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klubları Birliyi və Stokholm Biznes Universitetinin birlikdə təşkil etidiyi klub idarəçiliyi haqda proqramı uğurla başa vuraraq sertifikatla təltif edilib.
Fanat.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 40-dan çox klub nümayəndəsinin qatıldığı kursun mükafatlandırma mərasimi Polşanın Varşava şəhərində baş tutub.
Fanat.Az