"Qarabağ"ın Balayev planı nə yerdə qaldı? - SON DURUM

"Qarabağ"ın Balayev planı nə yerdə qaldı? - SON DURUM
"Qarabağ" Emil Balayevi transfer etmək istəyir. Ağdamlılar milli komandanın qapıçına real təklif göndərib. "Qarabağ"a qalsa, gecikmədən münasibətləri rəsmiləşdirər. 
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, yerli mətbuatdakı iddianın əksinə olaraq, qolkiper hələ "Qarabağ"la anlaşmayıb. O, yeddiqat ölkə çempionundan vaxt istəyib. Belə ki, Emilin istəyi yenidən ölkə xaricinə yollanmaqdır. Bunun üçün Balayev yerli və xarici olmaqla, bir neçə menecerdən xəbər gözləyir. Balayevin ölkə xaricində hələ də klub tapmamasının başlıca səbəbi koronavirus pandemiyasına görə əksər ölkələrin sərhədlərinin bağlı  olmasıdır. Emil Balayev yaxın günlərdə xaricdə klub tapmayacağı halda, "Qarabağ"la müqavilə bağlayacağına söz verib. Iddiaların əksinə, Qurban Qurbanov qapıçıya əsas heyət vədi verməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər