"Qarabağ"ın Avstriyadakı rəqibləri bilindi

"Qarabağ"ın Avstriyadakı rəqibləri bilindi

“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi rəqibləri bəlli olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunun 25-də Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşacaq. 

Növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər