"Qarabağ"ın Avstriyadakı oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın Avstriyadakı oyunlarının vaxtı açıqlandı
"Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanışın ilk mərhələsi Bakıda keçiriləcək.
Paytaxtda 2 yoxlama oyunu nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 26-da "Keşlə”, 30-da isə "Sumqayıt”la qarşılaşacaq.
Toplanışın 2-ci mərhələsi Avstriyada baş tutacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır. Komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib Rusiya "Arsenal"ı olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər