"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşdi

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatmada  Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasındakı mümkün rəqibi də bəlli olub.

"Qarabağ" Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək ki, potensial rəqib "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi olacaq. 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər