"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi
Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
Azərbaycan çempionu E qrupuna düşüb. "Qarabağ" bu qrupda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq.
Türkiyə təmsilçilərindən "Fənərbaxça" "Anderlext" (Belçika), "Dinamo" (Xorvatiya) və "Spartak"la (Slovakiya) birlikdə D qrupuna düşüb.
"Beşiktaş" I qrupunda "Genk" (Belçika), "Malmö" (İsveç) və "Sarpsborq"la (Norveç) mübarizə aparacaq.
"Akhisar Bələdiyyəspor" isə J qrupuna düşüb. Türkiyə təmsilçisi "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya) və "Standard"la (Belçika) yarışacaq.
 
A qrupu
"Bayer" (Almaniya)
"Lüdoqorets" (Bolqarıstan)
"Sürix" (İsveçrə)
AEK (Cənubi Kipr)
B qrupu
"Zalsburq" (Avstriya)
"Seltik" (Şotlandiya)
"Leypsiq" (Almaniya)
"Rusenborq" (Norveç)
C qrupu
"Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka)
"Bordo" (Fransa)
"Slaviya" (Praqa, Çexiya)
D qrupu
"Anderlext" (Belçika)
"Fənərbaxça" (Türkiyə)
"Dinamo" (Xorvatiya)
"Spartak" (Slovakiya)
E qrupu
"Arsenal" (İngiltərə)
"Sportinq" (Lissabon, Portuqaliya)
"Qarabağ" (Azərbaycan)
"Vorskla" (Ukrayna)
F qrupu
"Olimpiakos" (Yunanıstan)
"Milan" (İtaliya)
"Betis" (İspaniya)
"Düdelanj" (Lüksemburq)
G qrupu
"Vilyarreal" (İspaniya)
"Rapid" (Vyana, Avstriya)
"Spartak" (Moskva, Rusiya)
"Reyncers" (Şotlandiya)
H qrupu
"Latsio" (İtaliya)
"Marsel" (Fransa)
"Ayntraxt" (Frankfurt, Almaniya)
"Apollon" (Cənubi Kipr)
I qrupu
"Beşiktaş" (Türkiyə)
"Genk" (Belçika)
"Malmö" (İsveç)
"Sarpsborq" (Norveç)
J qrupu
"Sevilya" (İspaniya)
"Krasnodar" (Rusiya)
"Standard" (Belçika)
"Akhisar Bələdiyyəspor" (Türkiyə)
K qrupu
"Dinamo" (Kiyev, Ukrayna)
"Astana" (Qazaxıstan)
"Renn" (Fransa)
"Yablonets" (Çexiya)
L qrupu
"Çelsi" (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
"Videoton" (Macarıstan)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər