"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Monakoda keçirilən mərasimdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşib.
Avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək "Qarabağ” A qrupuna düşüb. Komandamız bu mərhələdə "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.
 
Türkiyənin "Beşiktaş" klubu K qrupunda "Braqa”, "Vulverhempton” və "Slovan”a rəqib olub. 
"Trabzonspor” "Bazel”, "Krasnodar” və "Xetafe” ilə C qrupunda yer alıb
Çempionlar Liqasındakı uğursuzluqdan sonra mübarizəni Avroliqada davam etdirən "Başakşəhər” J qrupunda "Roma”, "Borussiya” (Münhenqladbax) və "Volfsberq”lə mübarizə aparacaq.
Qeyd edək ki, sentyabrın 19-da başlayacaq qrup mərhələsinin oyunları dekabrın 12-də yekunlaşacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
 
A qrupu
Sevilya (İspaniya)
APOEL (Cənubi Kipr)
Qarabağ (Azərbaycan)
Düdelanj (Lüksemburq)
B Qrupu
Dinamo (Kiyev, Ukrayna)
Kopenhagen (Danimarka)
Malmö (Norveç)
Luqano (İsveçrə)
C Qrupu
Bazel (İsveçrə)
Krasnodar (Rusiya)
Xetafe (İspaniya)
Trabzonspor (Türkiyə)
D Qrupu
Sportinq (Portuqaliya)
PSV (Hollandiya)
Rusenborq (Norveç)
LASK (Avstriya)
E Qrupu
Latsio (İtaliya)
Seltik (Şotlandiya)
Renn (Fransa)
ÇFR (Rumıniya)
F Qrupu
Arsenal (İngiltərə)
Ayntraxt (Almaniya)
Standard (Belçika)
Vitoriya (Portuqaliya)
G Qrupu
Portu (Portuqaliya)
Yanq Boyz (İsveçrə)
Feyenoord (Hollandiya)
Reyncers (Şotlandiya)
H Qrupu
ÇSKA (Rusiya)
Ludoqorets (Bolqarıstan)
Espanyol (İspaniya)
Ferensvaroş (Macarıstan)
I Qrupu
Volfsburq (Almaniya)
Gent (Belçika)
Sent-Etyenn (Fransa)
Aleksandriya (Ukrayna)
J Qrupu
Roma (İtaliya)
Borussiya M (Almaniya)
Başakşəhər (Türkiyə)
Volfsberq (Avstriya)
K Qrupu
Beşiktaş (Türkiyə)
Braqa (Portuqaliya)
Vulverhempton (İngiltərə)
Slovan (Slovakiya)
L Qrupu
Mançester Yunayted (İngiltərə)
Astana (Qazaxıstan)
Partizan (Serbiya)
Alkmaar (Hollandiya)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər