"Qarabağ"ın Avroliqadakı rəqibi baş məşqçisini qovdu

"Qarabağ"ın Avroliqadakı rəqibi baş məşqçisini qovdu
Lüksemburqun "Düdelanj" klubu baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb. 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna səbəb komandanın ölkə çempionatında uğursuz çıxış etməsi olub. "Düdelanj" cari mövsümdə 5 oyunda 4 xal qazanıb və 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. Komanda müvəqqəti olaraq köməkçi-məşqçi Bertran Krassona həvalə olunub.
Qeyd edək ki, "Düdelanj" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndi. Azərbaycan çempionu Lüksemburq klununa qarşı ilk matçını oktyabrın 3-də səfərdə, dekabrın 12-də isə evdə keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər