"Qarabağ"ın 20-ci böyükhesablı qələbəsi

"Qarabağ"ın 20-ci böyükhesablı qələbəsi

“Qarabağ” Azərbaycan kubokunda ev oyunlarında 20-ci böyükhesablı qələbəsini qazanıb.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib.

Ölkə kubokunda 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyükhesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” kubokda qazanılan böyükhesablı ev qələbələrinə görə rekordçudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər