"Qarabağ"ın 10-cusu: kapitan Premyer Liqada 200-ə çatdı

"Qarabağ"ın 10-cusu: kapitan Premyer Liqada 200-ə çatdı
Azərbaycan Premyer Liqasının V turu "Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb.
Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub. Karyerası ərzində "Turan” və "Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən "Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.
Qeyd edək ki, Rəşad bir müddət öncə "Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının "Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.
 

mövsüm

klub

oyun

qol

2009/10

Qarabağ (Ağdam)

20

1

2010/11

Qarabağ (Ağdam)

14

0

2011/12

Qarabağ (Ağdam)

27

2

2012/13

Qarabağ (Ağdam)

25

3

2013/14

Qarabağ (Ağdam)

25

0

2014/15

Qarabağ (Ağdam)

21

0

2015/16

Qarabağ (Ağdam)

19

2

2016/17

Qarabağ (Ağdam)

14

0

2017/18

Qarabağ (Ağdam)

18

0

2018/19

Qarabağ (Ağdam)

16

0

2019/20

Qarabağ (Ağdam)

1

0

Cəmi

200

8

Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər