"Qarabağ"ı Türkiyədə ilin komandası seçə bilərlər

"Qarabağ"ı Türkiyədə ilin komandası seçə bilərlər

Türkiyənin "Milliyyet” qəzeti "ilin ən yaxşıları” mükafatına namizədləri açıqlayıb. Fanat.Az xəbər verir ki, 8 nominasiya üzrə keçiriləcək sorğuda "Qarabağ”a da səs veriləcək.

 

Belə ki, Azərbaycan çempionu  səsvermə zamanı "ilin komandası” adına namizəddi. Premyer Liqamızın qalibi olmaqla yanaşı, Çempionlar Liqasının qrupuna düşən Ağdam təmsilçisinin futbol komandaları arasında 2 rəqibi var. Qurban Qurbanovun yetirmələri  "Beşiktaş” və əlillərdən ibarət Türkiyə millisiylə mübarizə aparacaq. 64-cü dəfə təşkil edilən səsvermənin qaliblərinin adları aprel ayında açıqlanacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər