"Qarabağ"ın 10 futbolçusunun klubuyla olan müqaviləsinin müddəti iyunda başa çatır.
Fanat.Az xəbər verir ki, ağdamlıların "Legiya" ilə anlaşan Mahir Emrelidən başqa, daha 9 futbolçusunun komandadan ayrılmaq ehtimalı var.
Bunlar Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Toral Bayramov və Filip Ozobiçdir.
Artıq Ağdam təmsilçisi sözügedən oyunçularla danışıqlara başlayıb. Bəzi futbolçuların başqa klublardan bir neçə təklif alması vəziyyəti çətinləşdirən məqamdır.
Atilla