"Qarabağ"dan üçüncü transfer - RƏSMİ

"Qarabağ"dan üçüncü transfer - RƏSMİ
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.
Xatırladaq ki, "Qarabağ"a yay fasiləsində ispaniyalı yarımmüdafiəçi Xayme Romero və braziliyalı müdafiəçi Ailton Silvanı heyətinə cəlb edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər