"Qarabağ"dan Şotlandiya millisinə təklif

"Qarabağ"dan Şotlandiya millisinə təklif
"Qarabağ" Şotlandiya millisinin qapıçısı Con Makluglinə təklif göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Sunderland Echo” nəşri məlumat yayıb.
"Sanderlend"də çıxış edən 31 yaşlı qapıçını Türkiyənin "Trabzonspor” və Bolqarıstanın "Ludoqorts” klubları da istəyir. Lakin "Sanderlend”in sahibi Donald Stüart Makluglini satmaq istəmir: "Onun bizimlə hələ bir illik müqaviləsi var və burda xoşbəxtdi. Makluglin müqaviləsinin müddətini uzatmaq isğəyir. Hazırda yeni müqavilə ilə bağlı danışıqlar gedir. Agentlər deyir ki, onun satışından 1-2 milyon avro əldə edə bilərsiz. Mən də soruşdum ki, siz onu 5 milyon avroya sata bilərsiz? Dedilər ki, yox, sata bilmərik".
Qeyd edək ki, Makluglin indiyədək "Harroqate Atletik", "Harroqate Toun", "Bradford", "Burton", "Heart of Midlothian" klublarında çıxış edib və ötən yay "Sanderlend"ə transfer olunub. O, bu komandanın heyətində 55 rəsmi oyuna çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər