“Qarabağ”dan Qara Qarayevə maraqlı doğum günü təbriki - FOTO

“Qarabağ”dan Qara Qarayevə maraqlı doğum günü təbriki - FOTO
"Qarabağ” klubu futbolçusu Qara Qarayevi ad günü münasibəti ilə maraqlı şəkildə təbrik edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin "Facebook” səhifəsində bu gün 26 yaşı tamam olan yarımmüdafiəçinin qapıçı əlcəkləri geyindiyi fotosu paylaşılıb. Bu isə Qarayevin Azərbaycan yığmasının Millətlər Liqasının III turundan Farer adalarını 3:0 hesabı ilə məğlub etdiyi görüşdə topu iki dəfə qapı xəttindən çıxarmasına işarədir.
Qeyd edək ki, Qarayev oyundan sonra lazım gəlsə, qapıda da duracağını söyləyib.
 
“Qarabağ”dan Qara Qarayevə maraqlı doğum günü təbriki - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər