"Qarabağ"dan Ovusu açıqlaması: Klubdan ayrılıb?

"Qarabağ"dan Ovusu açıqlaması: Klubdan ayrılıb?
"Qarabağ"ın hücumçusu Kvabena Ovusunun komandadan ayrıldığı ilə bağlı xəbərlər yayılıb. 
Məsələni dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında yayılan xəbərləri təkzib etdi. 
Abbaszadənin sözlərinə görə, Ovusunun xidmətində maraqlı olan başqa klublar var: "Amma klubumuza rəsmi olaraq heç bir təklif gəlməyib. Təklif olarsa, təbii ki, bunu dəyərləndirərik. İndiki halda onu deyə bilərəm ki, Ovusu yalnız və yalnız icarəyə verilə bilər. Hazırda bu futbolçu "Qarabağ"a məxsusdur".
Qeyd edək ki, 24 yaşlı qanalı futbolçu son mövsüm Azərbaycan Premyer Liqasında 7 qola imza atıb.
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər