“Qarabağ”dan növbəti qələbə

“Qarabağ”dan növbəti qələbə
Moldovanın futzal çempionatında növbəti oyununu keçirən Kişinyov "Qarabağ”ı "Haiducii” komandasına 8:3 hesabı ilə qalib gəlib.
 
Fanat.Az xəbər verir ki, komandanı dəstəkləməyə gələn azarkeşlər gözəl oyunun şahidi olublar. 
"Qarabağ"ın heyətində yaxın keçmişdə dəfələrlə Moldova futzal çempionatının bombardiri olmuş Yevgeni Lısenko, "Şeriff”in keçmiş futbolçusu Valentin Furduy kimi tanınmış oyunçular fərqləniblər. Bundan başqa, həmyerlimiz Səbuhi Cəbrayılov da növbəti qollarını vurub.
Hazırda hesabında 37 xal olan "Qarabağ” 5-ci pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər