Cənubi Kiprin APOEL klubunun futbolçusu Qayas Zahid karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az goal.philenews-a istinadən xəbər verir ki, norveçli futbolçunu "Qarabağ" transfer etmək istəyir.
Məlumata görə, "Qarabağ" APOEL-lə müqaviləsi yayda başa 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə illik 450 000 avro (936 min manat) maaş təklif edir.
Amma Azərbaycan təmsilçisinin bu transferdə şansı o qədər də yüksək deyil. Belə ki, adı açıqlanmayan Türkiyə klubu Zahidə illik 600 000 avro (1 milyon 248 min manat) maaş təklif edir.
Qeyd edək ki, Qayas Zahid 2017-ci ildən APOEL-də çıxış edir. Futbolçu əvvəllər Norveçin "Valerenqa", "Ullensaker/Kisa" və Yunanıstanın "Panatinaikos" klublarında çıxış edib. 27 yaşlı futbolçu ötən il Norveçin əsas millisində 2 oyun keçirib və 1 qol vurub.
Aydın