"Qarabağ"ın rəsmi "Facebook" səhifəsi Kadi Borgeslə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin vurduğu qollardan 5-nin videosu yerləşdirilib və paylaşıma "Kadi Borgesin "Qarabağ"ımızda vurduğu qollardan 5-i..." başlığı qoyulub. Üstəlik, xəbərə qum saatı işarəsi yerləşdirilib.
Qənaətimizə görə, Ağdam təmsilçisi bununla həm də Kadiylə yeni müqavilənin imzalanacağına işarə edib. Əvvəllər də bu tip mesajlardan istifadə edən mətbuat xidməti əslində yeni müqavilənin anonsunu çatdırıb. Çox güman ki, "Qarabağ" "Ferentsvaroş"la ÇL oyununa kimi əsas qol silahına çevrilən cənubi amerikalı oyunçusu ilə müqavilənin müddətini daha 5 il uzadacaq.
Qeyd edək ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Kadinin hazırki müqaviləsinin müddəti 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Mirağa