“Qarabağ”dan ayrıldı, Polşa klubuna keçdi

“Qarabağ”dan ayrıldı, Polşa klubuna keçdi
"Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotskinin yeni iş yeri müəyyənlşib.
Fanat.Az xəbər verir ki, ukraynalı qolkiper Polşanın "Medz” klubuna transfer olunub.
Ötən mövsüm başa çatdıqdan sonra "Qarabağ”la yollarını ayıran 30 yaşlı qolkiper Polşa yüksək liqasının debütantı ilə münasibətləri rəsmiləşdirib. Yeni klubunda tibbi müayinədən keçən Kanibolotski ardından 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Anton Kanibolotski "Qarabağ”a ötən ilin yayında Donetsk "Şaxtyor”undan keçmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər