“Qarabağ”la yeni müqavilə imzalamayan Muarem Muarem yeni mövsümə ölkəsində başlaya bilər. Fanat.Az xəbər verir ki, türk əsilli makedoniyalı futbolçu “Rabotniçki”nin hədəfindədi.
Onun yetirməsi olduğu Skopye klubuna keçidi yalnız daha sərfəli təkliflər almayacağı halda, reallaşa bilər. Belə ki, “dəmiryolçular” Muaremə yüksək məvacib ödəməyə hazırlaşmır.
Qeyd edək ki, 2004-cü ildə "Rabotniçki"də futbolun sirrlərini öyrənməyə başlayan Muarem 2010-cu ildə "Orduspor"a 50 min avroya transfer olunub. O, 2011/12 mövsümündə yenidən Makedoniya klubunda çıxış edib. 2012-ci ildə "Qarabağ"a transfer olunan futbolçu 2015-ci ildə bir müddət "Eskişəhərspor"da forma geyinib.
Fanat.Az