"Qarabağ"dan ayrıldı, ölkəsində oynayacaq

"Qarabağ"dan ayrıldı, ölkəsində oynayacaq

"Qarabağ"dan ayrılan Yakub Jezniçakın karyerasını hansı ölkədə davam etdirəcəyi bəllidi.

 

Fanat.Az xəbər verir ki, bu barədə məlumat Polşa mətbuatında yazılıb.

Bildirilir ki, Azərbaycan çempionu ilə müqavilə müddəti başa çatan və azad agent statusu daşıyan mərkəz müdafiəçisi bir neçə ölkədən təklif alıb. Lakin 33 yaşlı futbolçu vətəni Polşaya dönmək qərarına gəlib. Polşa millisinin sabiq üzvü Ekstraklasanın bir neçə klubu ilə danışıqlar aparır. Onun xidmətində maraqlı olan komandalar arasında ən yaxşı futbolçusu kimi tarixinə düşdüyü "Legiya" da var.

Jezniçak "Qarabağ"a 2017-ci ilin yayında "Legiya"dan keçib. "Vidzev"in yetirməsi Azərbaycana gəlməzdən əvvəl 13 il "Legiya"nın formasını geyinib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər