"Qarabağ"dan ayrılan futbolçu yeni klubda

"Qarabağ"dan ayrılan futbolçu yeni klubda
2019/2020 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Miçel Madera yeni klubla anlaşıb.
 
Fanat.Az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ölkəsinin "Marino" komandasına keçib.
 
Bu barədə Terserada (səviyyəcə dördüncü liqa) çıxış edən klubun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, 35 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Miçel Madera 2015-2020-ci illərdə "Qarabağ"ın formasını geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər