“Qarabağ”da Şahruddin şoku - Uzun müddət oynamayacaq

“Qarabağ”da Şahruddin şoku - Uzun müddət oynamayacaq

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Fanat.Az xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq. (qol.az)

Xatırladaq ki, Şahruddin 2016-cı ildən Ağdam klubunda çıxış edir. "Qarabağ" bir neçə gün əvvəl qapıçı ilə müqaviləsini 2026-cı ilin iyununa qədər uzadıb. 

Daha əvvəl "Qarabağ"ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnmişdi.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Fanat.Az-a verdiyi açıqlamada Şahruddinin bir neçə aylıq sıradan çıxdığını təsdiqləyib. Onun sözlərinə görə, Şahruddin yaxın günlərdə əməliyyat olunacaq. Futbolçunun harada əməliyyat olunacağına və bərpa müddətinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər