“Qarabağ”da hər qələbəyə 5000 manat mükafat verirdilər"

“Qarabağ”da hər qələbəyə 5000 manat mükafat verirdilər"

"Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros “Fotballskanalen”ə müsahibə verib. Fanat.Az xəbər verir ki, futbolçu maraqlı açıqlamalarla çıxış edib: 

Armenteros “Qarabağ”dakı qazancından da danışıb: "Orda hər qələbəyə görə 5000 manat mükafat verirdilər. "Qarabağ"la imzaladığım müqaviləyə əsasən, mövsüm ərzində oyunların 75 faizində meydana çıxsaydım, anlaşma müddətini uzada bilərdim. Üstəlik, ikiqat artıq əmək haqqı ödənilməsi şərti ilə. Amma mən oyunların 72 faizində çıxış etdim. Martın əvvəlləri idi. Çempionatda böyük xal fərqi ilə lider idik. Avrokuboklarda isə mübarizəni dayandırmışdıq. Buna görə də şans qazanmırdım. Heç vaxt ödənişlə bağlı problemimiz yox idi. Çox açıq və dürüst klub idi. Hətta o dərəcədə dürüst idilər ki, bir gün mənə dedilər: "Samuel, gələn mövsüm üçün müqaviləni uzada bilmərik. Bu səbəbdən, indi oynaya bilmirsiniz". Ümid edirdim ki, müqaviləmin uzadılacağı gün kimi aydındır”. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər