"Qarabağ"da daha bir müqavilə

"Qarabağ"da daha bir müqavilə
"Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dani Kintananın başa çatan sözləşməsi yenilənib.
İspaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin iyununadək anlaşma əldə olunub. Kintana artıq komanda ilə məşqlərdə iştirak edir. O, "Qarabağ"a 2015-ci ilin martında transfer olunub.
Daha əvvəl Ansi Aqolli ilə müqavilə 2019-cu ilin iyununadək uzadılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər