“Qarabağ”da daha bir ağır itki

“Qarabağ”da daha bir ağır itki
"Qarabağ” daha bir futbolçusunu itirib.
Fanat.Az xəbər verir ki, bu dəfə Maksim Medvedev sıradan çıxıb. 29 yaşlı müdafiəçinin adı Azərbaycan Premyer Liqasının II turunda "Qəbələ” ilə keçirilən oyunun iştirak ərizəsinə salınmayıb. Zədələnən Maksimin Avropa Liqasının pley-off mərhələsinin "Linfild”lə cavab oyununda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Qeyd edək ki, "Qarabağ”ın "Linfild”lə matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər