"Qarabağ"da çıxış edən futbolçu PAOK-da oynamaq istəyir

"Qarabağ"da çıxış edən futbolçu PAOK-da oynamaq istəyir
"Qarabağ"da bir neçə oyunum var. Onlar bitdikdən sonra ailəmlə birgə Braziliyaya tez getmək və dincəlmək istəyirəm". 
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"da icarə əsasında çıxış edən Pedro Enrike deyib.
İcarə müqaviləsi mövsümün sonunda başa çatacaq braziliyalı mövsümün sonunda Yunanıstan klubuna dönməyin əleyhinə deyib: "PAOK azarkeşlərinə demək istəyirəm ki, onları sevirəm. Geri dönsəm, tətildən sonra azarkeşlərlə görüşəcəm. Bir müqaviləm var. PAOK-da yenidən oynamaq imkanım olsa, əla olar. PAOK-da qayıdıb-qayıtmamaq mənim işim deyil. Bu, klubların arasında həll edilir. Məzuniyyətdən sonra mən Salonikiyə gedəcəm. Biz PAOK-la nə edəcəyimizə baxacağıq. "Qarabağ"a hörmət edirəm, amma PAOK-la müqaviləm var".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər