“Qarabağ”da biri qayıtdı, ikisi gözləyir

“Qarabağ”da biri qayıtdı, ikisi gözləyir

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” “Dinamo”yla (Moskva, Rusiya) yoxlama matçından sonra verilən bir günlük istirahətin ardından bu gün məşqləri bərpa edib. 

Fanat.Az xəbər verir ki, günün ilk çalışması fitnes zalında baş tutub və yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb.

 

Yerli vaxtla saat 19:00-da start götürən günün ikinci məşqi meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. Futbolçular topla çalışmalara üstünlük verib.

 

“Dinamo”yla yoxlama matçında zədələnərək meydanı yarımçıq tərk edən hücumçu Dino Ndlovu isə bugündən etibarən yüngül məşqlərə başlayıb. Daha iki futbolçu: Dani Kintana və Riçard Almeyda isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər