"Qarabağ"da ayrılıq: Danimarka klubuna keçir

"Qarabağ"da ayrılıq: Danimarka klubuna keçir
"Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles gələn ildən Danimarkada çalışacaq.
Fanat.Az sport24.az-a istinadən xəbər verir ki, o, yanvarın 1-dən "Orhus” klubunda işləyəcək.
Təcrübəli mütəxəssis xəbəri təsdiqləyib: "Bəli, mənim Danimarkanın "Orhus” klubundan təklifim var. Orada köməkçi məçqçi kimi işləmək üçün dəvət almışam. Dünən bununla bağlı "Qarabağ” rəhbərliyi və məşqçi heyəti ilə söhbət etdim. Çünki burdan hörmətlə ayrılmaq istəyirəm.
Fikrim "Qarabağ”ın icazəsi ilə təklifi qəbul etmək və Ağdam klubundan ayrılmaqdır. Sağ olsunlar, qərarıma hörmətlə yanaşdılar. Qarşılıqlı şəkildə razılaşdıq. Bir-birimizə təşəkkür etdik. "Qarabağ” böyük klubdur. Böyük ehtimalla yanvarın 1-dən Danimarkada çalışacam”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər