"Qarabağ"da ağır itkilər: 3 futbolçu sıradan çıxdı

"Qarabağ"da ağır itkilər: 3 futbolçu sıradan çıxdı
Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani" ilə oyununa hazırlaşan "Qarabağ" ciddi itkilərlə üzləşib.
Fanat.Az xəbər verir ki, Ağdam klubunda müdafiəçilər Rəşad Sadıqov və Bədavi Hüseynov, yarımmüdafiəçi Qara Qarayev zədələnib.
Kapitan Rəşad Sadıqov dizindən zədə alıb və son 5 gündə məşqlərə qatılmayıb. Mərkəz müdafiəçisinin əməliyyata ehtiyacı olmasa da, meydana dönəcəyi tarix bəlli deyil.
Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovun arxa əzələsi dartılıb. Onun "Partizani” ilə ilk oyunu buraxması gözlənilir.
Qara Qarayev isə dünən "Viktoriya” (Çexiya) ilə oyunda zədələnib. 
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər