"Qarabağ"a texniki məğlubiyyət veriləcək

"Qarabağ"a texniki məğlubiyyət veriləcək
Topaz Premyer Liqasının VIII turunun "Səbail"lə oyununa görə "Qarabağ"a texniki məğlubiyyət veriləcək.
Fanat.Az xəbər verir ki, buna səbəb Ağdam klubunun heyətində adı protokolda olmayan futbolçunun meydana çıxmasıdı.
Belə ki, adı "23-lüy"ə salınmayan Abbas Hüseynov ikinci yarıda kapitan Rəşan Sadıqovun yerinə oyuna daxil olub. Bu səbəbdən AFFA İntizam Komitəsinin "Qarabağ"a 0:3 hesablı texniki məğlubuyyət verəcəyi gözlənilir.
 
"Qarabağ"a texniki məğlubiyyət veriləcək
Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər