"Qarabağ"a qol vurdular, rəmzi komandaya düşdülər

"Qarabağ"a qol vurdular, rəmzi komandaya düşdülər

Çempionlar Liqasının qrup mərhələsinin V turunun rəmzi yığması açıqlanıb.

 

Fanat.Az-ın məlumatına görə, UEFA-nın azarkeşlər arasında keçirdiyi "Fantazi Futbol” oyununda ən çox xal qazandıran 11 futbolçu rəmzi komandaya salınıb. Seçilənlər arasında "Qarabağ”la Bakıdakı görüşdə "Çelsi”yə 4:0 hesablı qələbə qazandıran oyunçuların da adı var. 2 qol vurub, 2 penalti qazanan Villian və hesabı açan Azar "11-liy”ə düşüb.

 

Qapıçı: Ter Şteqen ("Barselona”) – 7

Müdafiəçilər: Naço ("Real”) – 12, Lanq ("Bazel”) – 12, Albiol ("Napoli”) – 9

Yarımmüdafiəçilər: Azar ("Çelsi”) – 11, Tolisso ("Bavariya”) – 10, Veratti (PSJ) – 10, Villian ("Çesli”) – 17

Hücumçular: Firmino ("Liverpul”) – 13, Ronaldo ("Real”) – 13, Neymar (PSJ) – 13

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər