"Qarabağ"a qol vuran futbolçu zədələndi

"Qarabağ"a qol vuran futbolçu zədələndi
"Arsenal”ın futbolçusu Sokratis Papastatopulos zədələnib.
Fanat.Az xəbər verir ki, oYunanıstan millisinin heyətində UEFA Millətlər Liqasının 4-cü turunda Finlandiya ilə görüşdə ayağından zədə alıb və 46-cı dəqiqədə məcburi əvəzlənib. 30 yaşlı müdafəçinin durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Papastatopulos Avropa Liqasının II turunda "Arsenal"ın "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldiyi oyunda komandasının ilk qolunu vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər