"Viktoriya"nın (Plzen) futbolçusu Yan Kliment Çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan - UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, təmsilçimizin qapısına vurulan qələbə qolunu vuran 29 yaşlı hücumçu belə danışıb:
"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum".