"Bazel"in futbolçusu Artur Kabral "Fiorentina"ya keçib.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun rəsmi saytı yayıb.
24 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Artur Kabral cari mövsüm "Bazel"in heyətində 31 oyuna çıxıb, 27 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandasının bu mövsüm Konfrans Liqasında “Qarabağ”a qarşı keçirdiyi ev oyununda (3:0) 2 qol vurub.