"Qarabağ"a prezident dəstəyi

"Qarabağ"a prezident dəstəyi

“Qarabağ"ın prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə yollanıb. 

Fanat.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Ferentsvaroş"la cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək.   Klubun mətbuat xidməti başqanın qarşılaşmanı stadiondan izləyəcəyini bildirib.

Avqustun 9-da Budapeştdəki "Groupama Arena"da baş tutacaq "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Tərəflər Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə ediblər.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər