"Qarabağ"a məğlubiyyətdən sonra futbolçularda qəzəb var" - "Nant"ın baş məşqçisi

"Qarabağ"a məğlubiyyətdən sonra futbolçularda qəzəb var" - "Nant"ın baş məşqçisi

Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda "Lans"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik. Bakıdakı yenilgini təhlil edib nəticə çıxarmışıq. Bütün diqqətimizi "Lans"la matça yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var".

Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" matçı Bakı vaxtı ilə saat 19:05-də başlayacaq. "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər