“Qarabağ”a məğlubiyyət “Sürix”i zülmdən qurtarıb

“Qarabağ”a məğlubiyyət “Sürix”i zülmdən qurtarıb

İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsümdə komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, o, “Sürix”in ÇL-in ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) uduzaraq, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsini dəyərləndirib:

“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtardı.

“Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bayern”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.

“Sürix” Avropa Liqasının A qrupunda sonuncu yeri tutub və avrokuboklarla vidalaşıb. “Qarabağ” isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər