"Qarabağ"a keçəcəyi deyilən forvard Super Liqa klubunda

"Qarabağ"a keçəcəyi deyilən forvard Super Liqa klubunda

Türkiyənin “Hatayspor” klubu yeni hücumçu transfer etdiyini açıqlayıb. 

Fanat.Az sözügedən klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi kabo-verdeli Ze Luişi heyətinə qatıb.   31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ze Luişin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubu olub. O, bu ilin əvvəlindən sözügedən komandada forma geyinirdi. Hücumçu daha öncə “Jil Visente”, “Braqa”, “Videoton”, “Spartak” (Moskva), “Portu” və “Lokomotiv” (Moskva) klublarının şərəfini qoruyub.

Kabo-Verde yığmasında 19 qarşılaşmada iş başında olan futbolçu 3 qol vurub.   Xatırladaq ki, son günlərdə Ze Luişlə “Qarabağ”ın da maraqlandığı ilə bağlı xəbərlər yayılmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər