"Qarabağ"a iki qol vuran hücumçu "Yuventus"a keçir

"Qarabağ"a iki qol vuran hücumçu "Yuventus"a keçir

İtaliya nəhəngi "Yuventus" heyətinə yeni hücumçu qatmağa hazırlaşır.

Fanat.Az “Corriere dello Sport”a istinadən xəbər verir ki, turinlilər "Olimpik Marsel"in forvardı Arkadiuş Miliklə yaxından maraqlanır.

"Yuventus" Fransa təmsilçisinin polşalı üzvü üçün 10-15 milyon avro ödəməyə hazırdır. "Qoca sinyora" "Milan"ın hücumçusu Olivye Jiruya bənzər bir hücumçu almaq istəyir.

Milik son Fransa çempionatında 23 oyun keçirib, 7 qol vurub. 28 yaşlı hücumçu bu qış "Qarabağ"la UEFA Konfrans Liqasının pley-off mərhələsində, Marseldəki ilk görüşdə (3:1) dubl müəllifi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər